“Qara örtük islamın Azərbaycan modelinə yaddır”
“Azərbaycanda nənələrimiz, analarımız kəlağayı və yaylıq örtərdilər. Bu gün Azərbaycana təqdim olunan o yad model – qara örtük islamın Azərbaycan modelinə tamamilə yaddır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O bildirib ki, orta məktəblərdə şagirdlərin hicabla dərsə gəlməsi mümkün deyil: “Azərbaycan dünyəvi və hüquqi dövlətdir, dövlət-vətəndaş münasibətləri buna əsaslanır. Azərbaycanda dövlətin dinə münasibəti dünyəvilik prinsipinə söykənir. Azərbaycan məktəbləri də dünyəvi məktəblərdir. Dünyəvi məktəblərin də prinsipləri ondan ibarətdir ki, dünyəvilik qaydalarını gerçəkləşdirsin”.
R. Aslanova bəyan edib ki, Azərbaycanda uşaqlar 18 yaşına çatana qədər onların tərbiyəsi üçün dövlət də məsuliyyət daşıyır: “Orta məktəblərdə öz övladının gələcək taleyini istiqamətləndirilən valideynlər də bilsinlər ki, gənclərin sabahı üçün təkcə onlar deyil, dövlət də məsuliyyət daşıyır. Dünyəvi dövlətin dünyəvi məktəbinin prinsipini pozmaq, vətəndaşın dövlət qarşısındakı borclarını gerçəkləşdirməməsi deməkdir. Əgər dövlətin vətəndaş qarşısında məsuliyyəti varsa, vətəndaşın da dövlət qarşısında vəzifələri var. O vəzifələrdən biri də layiqli övlad böyütməkdir. Azərbaycanda uşaqlar 18 yaşına çatana qədər həmin gənclərin tərbiyəsinə dövlət məsuliyyəti hissi ilə yanaşır və onların dini, dünyəvi dünyagörüşünün formalaşması üçün əlindən gələni edir. Əgər 18 yaşından sonra gənc dünyəvi təhsil ocaqlarında deyil, dini təhsil ocaqlarında təhsil alacaqsa, onun geyiminə dövlət müdaxilə etmir”.
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov isə bildirib ki, Azərbaycan Konstitusiyasında uşaqların dini hərəkətlərə sövq edilməsi ilə bağlı bənd yoxdur: “Azərbaycan sivil ölkədir, hər bir insanın dini azadlığı təmin olunub. Biz Azərbaycanda mütləq sivil dövlətin əsaslarını orta məktəbdə ən yüksək səviyyədə təmin etməliyik. Konstitusiyada insan haqlarının bütün tərəfləri həll olunub. Heç kimin Konstitusiyanın bəndlərini dəyişməyə ixtiyarı yoxdur”.
Gənclər və idman naziri Azad Rəhimov da məktəbə hicabla gəlmək istəyənlərin Azərbaycan qanunlarına riayət etməsini vacib sayıb.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37