Azərbaycanın diaspor təşkilatlarından Porebaya etiraz
“Dağlıq Qarabağa müxtəlif tədbirlərdə iştirak etmək üçün gələn əcnəbi incəsənət ustalarının Azərbaycana girişi qadağan edilməlidir”
Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın respublikamızın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsinə kəskin etirazlarını bildirir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Ümumrusiya Azərbaycan Konqresi, Amerika Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycan Şurası, Moldova Azərbaycanlıları Konqresi, Litva Azərbaycanlıları Cəmiyyəti, Polşa-Azərbaycan Birlik Assosiasiyası, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Azərbaycan Federasiyası İsveç (AFİ), Türkiyə-Azərbaycan Dərnəyi, Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi, Rusiyanın Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi, Birləşmiş Ərəb Əmirliyindəki “Azərbaycan” Cəmiyyəti, ABŞ-ın Hyuston şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Gürcüstan Azərbaycanlıları Konqresi, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqı, Dünya Azərbaycanlıları Konqresi və digər diaspor təşkilatları müxtəlif ünvanlara bəyanatlar göndərib.
Bəyanatlar Avropa Parlamentinin sədri Eji Buzekə, onun dəftərxana müdirinə, köməkçisinə, Polsa Seyminin Marşalı Gjegoj Sxetınaya, Tomaş Porebanın özünə, Polşa Xarici Işlər Nazirliyinə və Polşanın Azərbaycandakı Səfirliyinə göndərilib. Bəyanatlarda bildirilir ki, Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qeyri-qanuni səfəri Azərbaycan diasporunun ciddi narazılığına və etirazına səbəb olub. Onun respublikamızın işğal edilmiş ərazilərinə Azərbaycan dövlətinin razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik göstərməsini qəti şəkildə pisləyən diaspor təşkilatlarının rəhbərləri öz bəyanatlarında qeyd edirlər ki, bu həm beynəlxalq hüququn normalarının, həm diplomatik etiketin pozulması deməkdir və vəzifəsindən asılı olmayaraq heç bir dövlətin vətəndaşı ölkəmizin ərazi bütövlüyünə sayğısızlıq göstərməməli, ermənilərin işğal etdiyi Qarabağ ərazisinə Azərbaycandan başqa heç bir dövlətin ərazisindən getməməlidir. Çünki bu cür səfərlər Ermənistanın işğalçılıq siyasətinə dəstək vermək deməkdir.
Soydaşlarımız hesab edirlər ki, dövlətimizin suverenliyinə etinasızlıq nümayiş etdirən bu cür siyasətçilərin, ictimai-siyasi xadimlərin, o cümlədən ayrı-ayrı vaxtlarda Dağlıq Qarabağa müxtəlif tədbirlərdə iştirak etmək üçün gələn əcnəbi incəsənət ustalarının Azərbaycan Respublikasına girişi qadağan edilməlidir.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37