ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin tərkibi
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin tərkibi məlum olub.
APA-nın məlumatına görə, heyətə Milli Məclisin sədri müavini Bahar Muradova, Eldar İbrahimov, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Ağalar Vəliyev daxildir. Nümayəndə heyətinin rəhbəri Bahar Muradova, müavin isə E. İbrahimov təyin olunub.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Milli Məclisin sədri Oqtay Əsədov nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, ATƏT PA ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Gələcəkdə də bu sahənin bu məsələnin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub.
Parlamentin sədri gələcək fəaliyyətlərində uğurlar arzulayıb və öz tövsiyələrini verib.
Qeyd edək ki, əvvəlki heyətlə müqayisədə, yeganə dəyişiklik Fazil Mustafanın yerinə Ağalar Vəliyevin tərkibə daxil edilməsidir. F. Mustafa isə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə salınıb.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37