Elnur Aslanov: “Azərbaycan öz ərazilərinin işğal altında qalması ilə razılaşmayacaq”
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
E. Aslanov bildirib ki, son illər Azərbaycanda gənclər təşkilatlarının sayı artır: “Bu artım ölkənin inkişafı ilə paralel gedir. Sevindirici haldır ki, 1995-ci ildə yaradılan gənclər təşkilatlarının da, indi yaradılan gənclər təşkilatlarının da məqsədi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir”.
“Xaricdə təhsil alan azərbaycanlı tələbələrin böyük bir qismi təhsilini bitirdikdən sonra Azərbaycana qayıtmır. Bu məsələyə münasibətiniz necədir” sualını cavablandıran E. Aslanov məsələnin qoyuluşu ilə razı olmadığını söyləyib: “Çünki xaricdə təhsil alan azərbaycanlı tələbələrin çox az qismi orada qalır ki, onlar da bu və ya digər səbəblərdən geri qayıtmırlar. Bununla belə, qayıtmayan tələbələr orada Azərbaycan diasporunun, Azərbaycanın diaspora siyasətinin tərkib hissəsinə çevrilirlər. Onların xarici ölkələrdə yaşaması da bizim üçün önəmlidir”.
Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə toxunan Elnur Aslanov beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirlərinin önəmli olduğunu vurğulayıb: “Amma bunlar yetərli deyil. Onlar münaqişənin həlli ilə bağlı konkret işlərini, siyasi iradələrini ortaya qoymalıdırlar. Bu gün Azərbaycan regionun ən sabit, iqtisadi və hərbi cəhətdən ən inkişaf etmiş dövlətidir. Ermənistan bunu nəzərə almalıdır ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün başqa yollara da əl ata bilər. Hamı bilməlidir ki, Azərbaycan öz ərazilərinin işğal altında qalması ilə razılaşmayacaq”.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37