“Bu müharibə Cənubi Qafqazda etnik ayrı-seçkilik faktoruna çevrilib”
“Postsovet məkanında ən uzun sürən münaqişə Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsidir”.
APA-nın məlumatına görə, bunu Moskvada keçirilən “Beynəlxalq humanitar əməkdaşlıqda xalq diplomatiyasının rolu” adlı beynəlxalq ictimai forumda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O bildirib ki, SSRİ-nin dağılmasının əsas detonatoru olmuş Qarabağ müharibəsinin nümunəsi dialoq və tərəfdaşlıq haqqında bütün səviyyələrdə aparılan diskussiyalar üçün ibrət dərsidir, çünki “müharibə” sözünün özü “dialoq”, “razılıq” və “sülhməramlılıq” sözləri ilə təzad təşkil edir. Səfir qeyd edib ki, bu müharibə heç kimə dividentlər gətirməyib, əksinə, Cənubi Qafqazda inamsızlıq və etnik ayrı-seçkilik faktoruna çevrilib.
Cənubi Qafqazda uzun illərdir kök salmış terror, ekstremizm və zorakılıqdan danışan P. Bülbüloğlu Manej meydanında baş verənləri nəzərdə tutaraq bu mənfiliklərin artıq Moskvaya çatdığını söyləyib: “Mən televiziya xəbərlərini diqqətlə izləyirəm. Etiraf edim ki, hadisələrin qarşısının milis tərəfindən alındığı barədə reportajlar məni tam qane etmir. Vəziyyəti bir gün, bir həftə, bir ay nəzarətdə saxlamaq olar. Amma süngü ilə millətlərarası razılıq əldə etmək mümkün deyil. Ona görə də cəsarətlə deyirəm ki, bu qarşıdurma ilk baxışda göründüyündən daha dərin, geniş və əhəmiyyətlidir”.
P. Bülbüloğlü hesab edir ki, zorakılığın qarşısını almaq üçün həm siyasi, həm intellektual, həm də dini səviyyədə səylər birləşdirilməlidir: “Bizim hər birimiz könüllü olaraq sülh və razılıq, etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, bütün insanların bərabərliyinin elçisi olmalıyıq”.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37