Oqtay Əsədov: “Hicabla küçəyə çıxana, işə gedənə qadağa qoyan yoxdur”
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib.
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, məcəllənin 299-cu maddəsində göstərilən sanksiyanın məbləği fiziki şəxslər üçün 1500 manatdan 2 min manatadək, vəzifəli şəxslər üçün 7 min manatdan 8 min manatadək nəzərdə tutulur.
300-cü maddəyə edilmiş dəyişikliklə inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar 2 min manatdan 2500 manatadək, vəzifəli şəxslər 8 min manatdan 9 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 manatadək cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 min manatdan 2500 manatadək cərimə olunmaqla Azərbaycandan çıxarılacaqlar.
Müzakirə zamanı deputatlar Aqil Abbas, Zahid Oruc, Siyavuş Novruzov dini ədəbiyyatın ölkəyə qeyri-qanuni gətirilməsinə toxunaraq bu sahədə cəzaların sərtləşdirilməsini təklif ediblər.
Rəbiyyət Aslanova bildirib ki, ötən il müvafiq qanunun qəbulundan sonra bir ildə 300-dən çox dini icma qeydiyyatdan keçib, bir qrup icmanın isə qeydiyyatından imtina olunub: “Əgər milli maraqlara uyğun gəlməyən dini icmalar varsa, onların qeydiyyata alınmasından imtina olunmalıdır. Bundan qorxmaq lazım deyil. Analoji addımı Fransa da atır, digər ölkələr də. Bu gün Azərbaycanda müəyyən mənada ciddi canlanma baş verirsə, bunun səbəbləri ilə maraqlanmaq lazımdır. Eynilə bu, hicabla da bağlıdır. Dinin canlanması qədər qorxulu məqam yoxdur. Bu sahəyə cavabdeh olan qurumlar məsələyə ciddi yanaşmalıdır”.
Oqtay Əsədov da hicab probleminə toxunub: “Azərbaycanda hicab ləğv olunmayıb. Ölkədə məktəbli forması tətbiq olunur. Bu məsələ ziyalılar tərəfindən izah olunmalıdır. Hicabla küçəyə çıxana, ya da işə gedənə qadağa qoyan yoxdur”.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37