
“Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri”
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) növbəti layihə üzərində iş aparır.
SAM-dan Lent.az-a verilən məlumata görə, bu layihə “Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabın nəşrə hazırlanmasından ibarətdir.
Kitabda Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərinə dair ətraflı məlumatlar yer alacaq. Azərbaycan və Osmanlı türklərinin tarixən eyni coğrafi ərazidə yaşaması, Osmanlı ərazisində yaşayan soydaşlarımızın Türkiyənin tarixi müqəddəratında, dövlətçilik, siyasi və mədəni həyatında göstərdikləri xidmətlər əsərdə diqqətə çatdırılacaq əsas məqamlardır. Kitabın hazırlanmasında əsas məqsəd iki dövlət, bir millətin müştərək tarixini təcrübəli müasir tarixçilər tərəfindən daha dərindən araşdırmaq, Türkiyə azərbaycanlıları haqqında geniş məlumatlar əldə etmək və bununla onların ümumi ideya altında birləşməsinə nail olmaqdır.
Aparılan araşdırmalar göstərir ki, son zamanlar Türkiyə azərbaycanlılarının sayı artmaqdadır. Yeni nəsil türkiyəli azərbaycanlılar müəyyən problemlərlə üzləşməkdədir. Əsər bu problemləri araşdırıb həlli yollarını tapmaqla Türkiyədə yaşayan soydaşlarımız üçün bir bələdçiyə çevriləcək. Əsər üzərində işləyəcək sosioloq, tarixçi və siyasətşünaslar Türkiyədə yaşayan azərbaycanlıların dərnəklərinə və çoxluq təşkil etdiyi ərazilərə baş çəkəcək, görüşlər təşkil edəcək, arxivləri araşdıracaq, azərbaycanlıların dini, sosial, mədəni, siyasi və iqtisadi fəaliyyətlərini öyrənəcəklər.
“Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabın hazırlanmasının 2011-ci ildə başa çatdırılması planlaşdırılır. SAM tərəfindən layihəyə məsul şəxs Mərkəzin aparıcı elmi işçisi Cavid Vəliyevdir.
Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37