Qırğızıstanın Azərbaycanda səfirliyi açılacaq
Bunu Qırğızıstan baş nazirinin 1-ci müavini Ömərbəy Babanov Azərbaycanın İctimai Televiziyasına eksklüziv açıqlamasında bildirib.
Bakıya qısa səfəri barədə də məlumat verən Qırğızıstanın hökumət rəsmisi yaxın vaxtlarda ölkəsinin Azərbaycanda səfirliyinin açılacağını da deyib. Bu barədə razılıq Qırğızıstan baş nazirinin müavini Ömərbəy Babanovun Bakıya dekabrın 29-da reallaşan qısa səfəri zamanı əldə edilib.
Səfərin yekunları barədə məlumat verən Qırğızıstan baş nazirinin 1-ci müavini bildirib ki, Azərbaycan rəsmiləri ilə səmərəli görüşlər keçirib. Onun sözlərinə görə, bundan sonra ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni mərhələdə davam etdiriləcək. Azərbaycanla Qırğızıstan arasında ikitərəfli əməkdaşlığa dair bir neçə saziş imzalanacaq.
“Hazırda qarşımızda duran əsas məsələ hökumətlərarası komissiyanın ilk iclasını təşkil etməkdir. Bu iclasa qədər biz Azərbaycan hökumətinə öz təkliflərimizi təqdim edəcəyik. Diplomatik kanallarla bütün məsələlər razılaşdırıldıqdan sonra iclas çərçivəsində bir neçə sənəd imzalanacaq. Bununla yanaşı, əldə etdiyimiz razılığa əsasən Azərbaycan və Qırğızıstan İqtisadi İnkişaf nazirliklərinin müvafiq strukturları birgə sərmayə imkanlarını təhlil edəcək” – deyə, baş nazirin müavini bildirib.
Ömərbəy Babanovun sözlərinə görə, sərmayə yatırımları ilə bağlı gələn ilin fevralında Qırğızıstandan Azərbaycana böyük nümayəndə heyəti gələcək. O, həmçinin vurğulayıb ki, Azərbaycan Qazaxıstanda ölkəsinə yardımla bağlı təşkil ediləcək donor konfransında da iştirak edəcək: “Bu, Qazaxıstanın təşəbbüsü ilə keçirilən sayca ikinci konfransdı. Azərbaycan bundan əvvəlki konfransda da iştirak etmişdi. Bakıdakı danışıqlarımızda bu məsələ ətrafında da müzakirələr oldu. Biz istəyirik ki, Azərbaycan Qırğızıstana yanacaq-sürtgü materialları ixrac etsin. Əslində bu istiqamətdə razılıq əldə olunub. Açıq qalan məsələ yalnız bu yükün çatdırılması ilə bağlıdır. Aramızda fikir ayrılığı olmadığından biz müəyyən razılığa gələcəyik”.
Qırğızıstan hökumətinin rəsmisi bildirib ki, hazırda ölkəsinin Azərbaycanda yeni səfirliyinin açılması üçün qarşılıqlı olaraq diplomatik korpus üçün torpaq sahəsinin ayrılması məsələləri müzakirə olunur.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37