ABŞ Konqresində Ermənistan, Azərbaycan və Gürcüstana dair hesabat hazırlanıb
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu fikirləri Avrasiya məsələləri üzrə ekspert Cim Nikol ABŞ Konqresinin Araşdırmalar Xidmətinin “Ermənistan, Azərbaycan və Gürcüstan: Siyasi proseslər və onların ABŞ-ın maraqlarına təsiri” mövzusundakı son hesabatında bildirib.
Hesabat Konqresin üzvləri və komitələri üçün hazırlanıb. Müəllif ATƏT-in Astana sammitində ABŞ və Rusiyanın Gürcüstanın ərazi bütövlüyü prinsipi ilə bağlı mübahisə etdiyini xatırladaraq qeyd edir ki, Minsk Qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha həlledici səylər göstərməyə çağıran bəyanat yayıblar.
“ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətinə Ermənistan və Azərbaycan arasında münaqişənin və Gürcüstanla separatçı regionlar - Abxaziya və Cənubi Osetiya arasında münaqişənin həllinə yardım etmək daxildir. 1993-cü ildən başlayaraq ABŞ bu münaqişələri həll etmək üçün emissarlar göndərir. Konqresin bəzi üzvləri və digər siyasətçilər hesab edir ki, ABŞ regionun Qara dəniz və Xəzər dənizi bölgələrini birləşdirən Şərq-Qərb ticarət və təhlükəsizlik dəhlizi kimi rolunun artmasına daha çox dəstək verməlidir.
Onlar müharibənin, cinayətlərin, qaçaqmalçılığın, terrorizmin qarşısını almaq və dövlətlərin müstəqilliyini saxlamaq üçün inadla ABŞ-dan daha çox dəstək və münaqişələrin həlli üçün daha çox səy gözləyir. Digərləri siyasət seçimində ehtiyatlı olmağa çağırır, bu da ABŞ-ın etnik və vətəndaş münaqişələrindən əziyyət çəkən regionda rolunu genişləndirəcək”.
Analitikin sözlərinə görə, Vaşinqtondakı digər müşahidəçilər inandırmağa çalışırlar ki, Cənubi Qafqazdakı hadisələr ABŞ-ın strateji maraqları üçün az əhəmiyyət kəsb edir: “Onlar inadla siyasət seçimində ehtiyatlı olmağa çağırır, çünki bu siyasət Birləşmiş Ştatları etnik və vətəndaş münaqişələri ilə zəngin olan bir regiona daha da cəlb edəcək. Digərləri isə hesab edir ki, bu region Avropa Birliyi tərəfindən qonşu ərazi kimi tanındığına görə, əsas rolu AB oynamalıdır”.
Müəllif həmçinin onu da xatırladır ki, Azərbaycan və Gürcüstan ABŞ-ın İraqda apardığı əməliyyatları açıq şəkildə dəstəkləyən, öz aviabazalarının xidmətlərini təklif edən ölkələr sırasında idilər: “ABŞ-ın maliyyə dəstəyi ilə hər iki ölkə İraqdakı vəziyyəti stabilləşdirməyə istiqamətlənən çoxmillətli ordularda iştiraka razılaşdılar. Bundan başqa, Azərbaycan və Qırğızıstan ABŞ üçün ən vacib uçuş, benzin doldurma və enmə marşrutlarıdır və Azərbaycan həmçinin hərbçiləri yanacaq, ərzaq və tikinti materialları ilə təchiz edən mühüm quru nəqliyyat marşrutu hesab olunur”.
Ən nəhayət analitik qeyd edir ki, etnik münaqişələr Sovet İttifaqı dağılandan sonra Cənubi Qafqaz dövlətlərinin sülh, stabillik və iqtisadi inkişafdakı tam iştirakına mane olub: “ABŞ və beynəlxalq birliyin Cənubi Qafqaz dövlətlərinin sülh və davamlı müstəqilliyinə yönəlmiş cəhdləri ciddi çətinliklərlə üzləşir”.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37