Uçanda ovlanır və quşlarla qidalanır - Dünyanın ən sürətli quşu
27 iyul 2025 11:31 (UTC +04:00)

Uçanda ovlanır və quşlarla qidalanır - Dünyanın ən sürətli quşu

Ən sürətli heyvan kimi adətən gepard tanınır. O, saatda 120 km-ə qədər sürətlə qaça bilir. Lakin hətta gepard belə bir yırtıcı quşla, sapsonla (sapsan) müqayisədə geri qalır.

Lent.az xarici mediaya istinadən bu inanılmaz quş haqqında maraqlı faktları təqdim edir.

Sapson dünyada ən sürətli canlıdır. Dik eniş zamanı bu yırtıcı quş saatda 320 km-dən çox sürət yığa bilir ki, bu da onu təbiətdəki ən sürətli heyvan edir.

Sapsonun yayılma arealı

Sapson dünyanın ən kosmopolit yırtıcı quşudur. Antarktida istisna olmaqla, bütün qitələrdə məskunlaşıb. Onun 17-dən çox tanınmış yarımnövü mövcuddur. Böyük Britaniyada onlar əvvəllər yalnız qayalı və sahil ərazilərdə yaşayırdı, lakin son illərdə şəhər mühitinə də uyğunlaşıblar.

Xarici görünüş

Dişi sapsonlar erkəklərdən daha iridir. Onların çəkisi 910–1500 qram, erkəklərinki isə 750 qrama qədərdir. Quşun kürəyi mavi, sinəsi isə zolaqlıdır. Onların iti və qıvrılmış caynaqları ovlarını tutmaq üçün ideal quruluşdadır. Ən səciyyəvi xüsusiyyətləri isə qaranlıq "şapka" və "bığlarıdır", bunlar ağ yanaq və boğazla kəskin kontrast yaradır. Uzunluqları 39–50 sm, qanad açıqlığı isə 95–115 sm təşkil edir.

Nə ilə qidalanır

Sapsonun əsas qidası orta və kiçik ölçülü quşlardır. Təbii mühitdə o, dağlıq ərazilərdə yaşayan qızılı çoban quşları və qırqovulları ovlayır. Sahil zonalarında dəniz quşları, şəhərlərdə isə vəhşi göyərçinlər və sərçələr onun əsas qidasıdır.

Sapsonlar çox zaman ovlarını yüksəkdən sürətli dalışla tutur. Bu zaman onlar 320 km/saatdan çox sürətə çatır və havada ovlarına zərbə endirirlər. Zərbə o qədər güclüdür ki, ov əksər hallarda birbaşa zərbədən ölür. Əgər ov sağ qalırsa, sapson onu gaga üstündəki xüsusi "tomial diş" çıxıntısı ilə öldürür.

Əlavə maraqlı fakt

Ən kiçik uçmayan quş kimi isə tristan pastuşoku tanınır. Bu nadir növ İnaccessible adasında yaşayır və çəkisi cəmi 45 qramdan azdır. Uçma qabiliyyəti olmasa da, çox çevik qaçır və bu xüsusiyyət sayəsində yırtıcılardan yayınmağı bacarır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar