Yapon qadınlarından ömür uzunluğuna görə  yeni dünya rekordu  
27 iyul 2025 15:35 (UTC +04:00)

Yapon qadınlarından ömür uzunluğuna görə yeni dünya rekordu 

Yaponiyada gözlənilən ömür uzunluğuna görə yeni dünya rekordu müəyyən edilib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2024-cü ildə Yaponiyada kişilərin orta ömür uzunluğu 81,09, qadınlar üçün isə 87,13 il olub. Bildirilir ki, dövlət 40-cı dəfə dünya rekordu vurmağa nail olub.

Məlumata görə, Yaponiya kişilər arasında ömür uzunluğuna görə altıncı yerdədir. Ölkə İsveç, İsveçrə və Norveçdən geri qalır.

Yaponiya Səhiyyə Nazirliyi qeyd edir ki, gözlənilən ömür uzunluğu keçən illə müqayisədə bu il demək olar ki, dəyişməz qalıb. Beləliklə, göstəricidəki fərq kişilər üçün 0,00 faiz, qadınlar üçün isə 0,01 faiz təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296

Oxşar yazılar