Misir Mərdanov əmr verdi
Təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin 21-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, əmrə müvafiq olaraq 20 Yanvar faciəsinin 21-ci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.
Yerli idarəetmə orqanlarının rəhbərləri görülmüş işlər barədə 26 yanvar 2011-ci il tarixinədək nazirliyə hesabat təqdim edəcəklər.
Xatırladaq ki, təhsil nazirinin bu əmri "Azərbaycan müəllimi" qəzetində dərc olunub və onun icrası barədə bütün təhsil müəssisələrinə göstəriş verilib. Əmrin icrasına nəzarət isə nazir müavini Elmar Qasımova həvalə edilib.
Elxan SALAHOV

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37