Elmar Məmmədyarov Küveytin baş naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində Küveyt Dövlətinin baş naziri Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Küveyt arasında ilk Hökumətlərarası Komissiyasının iclasının nəticələri müzakirə olunub.
Tərəflər əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsini zəruri sayıblar və komissiyanın qəbul etdiyi protokolda əldə edilmiş sahələr üzrə razılıqların bu prosesə təkan verəcəyi bildiriblər. Şeyx Nasser ölkələr arasında uçuşların təşkil edilməsi vacib hesab edib, neft şirkətləri arasında əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu dilə gətirib.
Küveytin baş naziri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıq prosesi və Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərlə də maraqlanıb. Elmar Məmmədyarov hər iki məsələyə dair ətraflı məlumat verib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37