Polad Bülbüloğlu Dağlıq Qarabağa İrəvandan gedəcək?
Erməni mənbələri Rusiyadakı səfirimizin Ermənistandan keçərək Qarabağa gedəcəyini bildirirlər
Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirləri Polad Bülbüloğlu və Arman Smbatyan iyunun ortalarında Ermənistana, oradan isə Dağlıq Qarabağa səfər etməyi planlaşdırırlar. Lent.az-ın “PanARMENIAN.Net” saytına istinadən verdiyi məlumata görə, diplomatlar Dağlıq Qarabağa Ermənistan ərazisindən keçəcəklər.
Erməni mənbələri səfirlərin Dağlıq Qarabağ “hökumətinin” icazəsini alandan sonra səfər edəcəklərini bildirirlər. Məlumata görə, Polad Bülbüloğlu və ArmenSmbatyan “prezident” Bako Saakayanla görüşəcəklər və Şuşada olacaqlar. Bundan sonra onların Dağlıq Qarabağdan maşınla Bakıya səfər edəcəkləri bildirilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə 2007-ci ildə erməni və azərbaycanlı ziyalıların Bakı, Xankəndi və İrəvana səfəri baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov “PanARMENIAN.Net” saytının məlumatına münasibət bildirib: “Danışıqlar prosesi qapalı həyata keçirildiyinə görə, belə məlumatlara şərh vermək düzgün deyil. Bu, ən azından təhlükəsizlik baxımından doğru olmazdı”.
Pərvin ABBASOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29