Rəsmi Bakı Sankt-Peterburq görüşündə irəliləyiş olacağına şübhə edir
Nazir Elmar Məmmədyarov görüşdə nəticə əldə olunmasının erməni tərəfinin göstərəcəyi konstruktiv mövqedən asılı olduğunu deyib
"Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyanın Sankt-Peterburq görüşündə hər hansı irəliləyişin əldə olunacağına şübhə ilə yanaşır". ANS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir görüşdə hər hansı nəticənin əldə olunmasının erməni tərəfinin göstərəcəyi konstruktiv mövqedən asılı olduğunu vurğulayıb. Yanvar ayında Sürixdə, ötən ay isə Praqada keçirilən görüşlərdən bəzi irəliləyişlərin gözləndiyini xatırladan nazir, tələsməməyi məsləhət görüb. O, Sankt-Peterburq görüşündən sonra onun nəticələrini təhlil etmək olacağını qeyd edib.
"Əfsuslar olsun ki, Praqa görüşündə hansısa irəliləyişə nail olunmadı. Bunun hansı səbəbdən alınmadığı başqa məsələdir, amma biz tezliklə irəliləyişə nail olmaq istəyirik", - deyə E.Məmmədyarov bildirib.
Elmar Məmmədyarov Sankt-Peterburq görüşündə hər hansı sənədin imzalanmasından söhbət getmədiyini qeyd edib. Onun sözlərinə görə, müzakirələr nəticəsində hansısa razılıq əldə olunsa, sənəd üzərində işləmək üçün imkan yarana bilər: "Amma indidən bunun olub-olmayacağı barədə bir şey söyləmək mümkün deyil".

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25