Şuşanın və “Gövhər ağa” məscidinin ən son görüntüsü
06 iyul 2009 20:00 (UTC +04:00)

Şuşanın və “Gövhər ağa” məscidinin ən son görüntüsü

0
Bir neçə gün əvvəl Dağlıq Qarabağ və Ermənistana səfər edən nümayəndə heyətinin üzvləri Şuşanın “Gövhər ağa” məscidində də olublar.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev APA-ya açıqlamasında Şuşa məscidinə getdiklərini, ibadət ocağının vəziyyəti ilə tanış olduqlarını və Allah evinin durumunu əks etdirən şəkillər çəkdirdiklərini deyib. Şuşa şəhərində və məscidin qarşısında çəkilən şəkilləri APA-ya təqdim edən R. Rzayev ibadət ocağının dağılmış vəziyyətdə olduğunu söyləyib. Onun sözlərinə görə, məsciddə heç bir təmir-bərpa işləri aparılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1874

Oxşar yazılar