Ərdoğan məhkəmənin kəsdiyi pul cəzasını ödədi
03 avqust 2009 13:30 (UTC +04:00)

Ərdoğan məhkəmənin kəsdiyi pul cəzasını ödədi

0
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məhkəmənin qərarına əməl edib və Avstraliyada qatıldığı bir radio proqramında PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana "sayın", şəhidlərə "kəllə" dediyi üçün 3 quruş mənəvi təzminat ödəyib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Rəcəb Tayyib Ərdoğanın vəkili Fatih Şahin İcra Müdirliyinə 3 quruşun faizi də daxil, ümumilikdə 20 lirə 86 quruş pul keçirib.
Baş naziri məhkəməyə vermiş Şəhid Anaları Dərnəyinin başqanı Pakizə Alp Akbaba da daxil olmaqla, 6 şikayətçi pulu almaq üçün hərəkətə keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 859

Oxşar yazılar