Rusiya bu gün AŞ PA-da səsvermə hüququndan məhrum edilə bilər
Avropa Şurasına yeni baş katib seçiləcək
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası bu gün başlayır.
Lent.az-ın “Exo Moskva” radiostansiyasına istinadən verdiyi məlumata görə, parlamentarilər keçən il Rusiya və Gürcüstan arasında baş verən müharibəni müzakirə edəcək, buna görə Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxacaq, o cümlədən AŞ-a yeni baş katib seçəcəklər.
Parlamentarilər əvvəlcə belçikalı Lyük Van den Brand və macar Matias Yorşinin hazırladığı “Gürcüstan və Rusiya arasında müharibə: 1 il əvvəl” adlı məruzəni dinləyəcəklər.
Bundan sonra Rusiya nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququndan məhrum edilməsi ilə bağlı Gürcüstan nümayəndə heyətinin hazırladığı, AŞ PA-nın Litva, Polşa və digər ölkələrdən olan 70 deputatının dəstəklədiyi qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Qətnamə layihəsində Rusiya beynəlxalq hüquq normalarını pozmaqda günahlandırılır.
“Exo Moskva” qeyd edir ki, əgər AŞ PA-da Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılarsa, böyük qalmaqal qaçılmaz olacaq. Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Kosaçev xəbərdarlıq edib ki, gürcülərin layihəsi müzakirəyə çıxarılsa, Rusiya nümayəndə heyəti Strasburqu tərk edəcək.
Gündəlikdəki digər məsələyə, AŞ baş katibi seçkisinə gəlincə, bu posta Polşa və Norveçin sabiq baş nazirləri namizəddirlər.
AŞ PA-nın sessiyasında Avropada ölkələrində məhkəmə sistemlərindəki pozuntuların da müzakirəyə çıxarılacağı da planlaşdırılıb. Rusiyada Xodorkovski və Lebedevlə bağlı aparılan məhkəmə işlərinin bu zaman diqqət mərkəzində olacağı gözlənilir.
Sessiya bu həftənin cümə günü başa çatacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29