İctimai Palata mitinq məsələsini qətiləşdirməyib
“Heç bir halda cəmiyyətə çağırış etməmişik ki, vətəndaş itaətsizliyi göstərərək, meydanlara çıxın. Biz, insanları itaətsizliyə çağırmaq istəmirik. Hələ ki, istəyirik, hər şey konstitusiya çərçivəsində öz həllini tapsın”.
Bunu Lent.az-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev deyib. Müxalifət funksionerinin sözlərinə görə, BŞİH müxalifətin növbəti aksiyalarına da tələb olunan yeri verməsə, istənilən halda, onlar qərarlaşdıracaqları yerdə dinc aksiyaya çıxacaqlar. “Bu yer, böyük ehtimalla, yenə Fəvvarələr Meydanı olacaq. Bundan əlavə, Koordinasiya şurası hazırda müxtəlif formada mitinq taktikalarından istifadə ilə bağlı plan hazırlayır və Azərbaycanın reallıqlarına uyğun lokal xarakterli aksiyaların keçirilməsi üzərində işlənilir. İstənilən halda, biz mitinq taktikasından vaz keçmək niyyətində deyilik”.
Növbəti aksiyanın nə vaxt baş tutacağı ilə bağlı isə R.Nurullayev deyir ki, AXCP Rəyasət Heyətində mitinqlərlə bağlı müzakirələr olur və ancaq hazırda AXCP İctimai Palatanın üzvü olduğu üçün bütün bunlarla bağlı İP-in Koordinasiya Şurası qərar verir. “Yəqin ki, aprelin 29-da keçirilməsi nəzərdə tutulan İP-in Koordinasiya Şurasının növbəti toplantısında AXCP mitinqlərin davam etdirilməsi ilə bağlı təşəbbüs göstərəcək. Bu tarix may ayının ortaları da ola bilər, sonu da ola bilər. Buna artıq İP-in Koordinasiya Şurasının üzvləri qərar verəcək”.
AXCP sədrinin müavini onu da əlavə edir ki, İP müxtəlif mövzularda ictimai diskussiyalar təşkil edəcək və bir sıra təkliflər hazırlayacaq. O deyir ki, İP hələ təşkilati cəhətdən də tam formalaşmayıb. Tam təşkilatlandıqdan sonra minlərlə insanı meydanlara çıxara biləcək.
17 aprel aksiyasının sönük keçdiyi ilə bağlı deyilənlərlə razılaşmadığını bildirən R.Nurullayev deyir ki, insanlar çıxmırsa, bu, o demək deyil ki, narazılıq yoxdur. “Aksiyalara neçə nəfərin çıxmasından asılı olmayaraq, biz mitinqlərimizi davam etdirəcəyik. Bir nəfər belə olsa, biz mitinqlərə çıxacağıq”.
Anar Gəraylı

Oxşar yazılar

Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53
Ermənistan Konstitusiyasında dəyişiklik edəndən sonra Sülh Sazişi istənilən vaxt imzalana bilər - İLHAM ƏLİYEV
9 avqust 2025 , 01:46
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir - Azərbaycan Prezidenti -VİDEO
9 avqust 2025 , 01:36
Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi - İlham Əliyev
9 avqust 2025 , 01:33
Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi - İlham Əliyev
9 avqust 2025 , 01:24