Yanukoviçin Azərbaycana səfərinin proqramı açıqlandı
APA-nın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, səfər çərçivəsində Ukrayna və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçiriləcək, daha sonra görüş nümayəndələr heyətlərinin iştirakı ilə genişləndirilmiş formatda davam etdiriləcək. Dövlət başçıları ikitərəfli və regional əməkdaşlığını daha da dərinləşdirilməsi və genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər. Görüşdən sonra iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrinə dair sənədlərin imzalanması mərasimi keçiriləcək, daha sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış edəcəklər.
Səfər çərçivəsində Azərbaycan və Ukrayna Prezidentlər Şurasının növbəti iclasının keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Ukrayna prezidentinin Azərbaycana səfərinə hazırlıq məqsədilə aprelin 21-də Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının doqquzuncu iclası keçirilib.

Oxşar yazılar

“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53