Xələf Xələfov: “Hələ razılaşdırılmayan məqamlar çoxdur”
APA-nın məlumatına görə, iclasdan sonra Xəzəryanı ölkələrin təmsilçiləri birgə mətbuat konfransı keçiriblər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, müzakirələrdə tərəqqi var: “Böyük işlər görülüb. Bir sıra razılaşdırılmayan məqamların razılaşdırılması istiqamətində dialoq aparılıb. Bununla belə, razılaşdırılmayan məqamlar da hələ çoxdur”.
X. Xələfov razılaşdırılmayan məsələlər sırasında Xəzərin su səthinin istifadəsi, milli zonalar arasında fərq, hər bir dövlətin dənizdəki hüququ, gəmiçilik və hərbi fəaliyyət kimi məqamların olduğunu deyib.
İran prezidentinin Xəzəryanı məsələlər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə isə bildirib ki, beştərəfli konvensiya tam qəbul olunmayana kimi, Xəzərin hüququ statusuna dair SSRİ və İran arasında olan müqavilə qüvvədə qalmış hesab olunur.
Qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun növbəti iclası və Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Moskvada keçiriləcək.

Oxşar yazılar

“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53