DİN rəsmisi: “Bakıda icazəsiz aksiyaya imkan verilməyəcək”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Ehsan Zahidov Lent.az-a deyib ki, akademiyadan kənarda həyata keçirilməsi planlaşdırılan heç bir razılaşdırılmamış aksiyaya və anım mərasiminə müvafiq rayonun polis əməkdaşları tərəfindən imkan verilməyəcək. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan keçirilən bütün bu tip aksiyalar qanunsuz hesab olunur və şəhər polisi bu cür halların baş verməsinin qarşısını qətiyyətlə alacaq.
Aprelin 30-da ADNA faciəsinin qurbanlarını anmaq məqsədilə Cəfər Cabbarlının heykəli önündə toplaşaraq, dinc yürüş keçirmək barədə niyyəti olan bir sıra gənclər təşkilatlarının bəyanatları ilə tanış olduğunu da qeyd edən E.Zahidov istənilən halda nəzərdə tutulan aksiyanın icazəsiz olduğunu nəzərə alaraq, qanunsuzluğa yol verməyəcəklərini bəyan edib.
Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və “10 dekabr” Gənclər Təşkilatı 30 aprel - ADNA faciəsini anım tədbiri ilə bağlı yaydığı bəyanatda tədbir vaxtı hər hansı şüar səsləndirməyəcək, aksiya keçirməyəcəyini bildirib. Onlar bəyan edib ki, məqsədləri terror qurbanlarının xatirəsini yad etməkdir: “Təşkil etdiyimiz anımı şüarlar və ya başqa vasitələrlə hər hansı aksiyaya çevirmək cəhdi tərəfimizdən təxribat kimi dəyərləndiriləcək və bu hallara görə biz məsuliyyət daşımırıq”.
Anar Gəraylı

Oxşar yazılar

“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53