İsa Qəmbərin oğlu istintaqa ifadə verdi
“Mənə İP-in fəaliyyətinin nələrdən ibarət olduğu, Koordinasiya Şurasında kimlərin təmsil olunduğu, 2 aprel aksiyası zamanı harada olduğumu, mitinqdə kimləri gördüyümü və s. Kimi suallar verdilər”.
Bu sözləri Lent.az-a açıqlamasında aprelin 27-də Bakı Şəhər Baş Polis İdarəsində dindirilən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər deyib. Onun sözlərinə görə, adını xatırlamadığı bir müstəntiq tərəfindən keçirilən dindirmə 3 saat yaxın çəkib: “Dindirilmə zamanı mənimlə kifayət qədər nəzakətli davrandılar. Müddətin bu qədər uzanmasının səbəbi isə sualların çoxluğu ilə bağlıdır”.
2 aprel mitinqi ilə bağlı başladılmış istintaq çərçivəsində ona ünvanlanan bütün suallara uyğun cavabları verdiyini qeyd edən Turqut Qəmbər dindirmənin prosedur qaydadan kənara çıxmadığını söyləyib.
Xatırladaq ki, T.Qəmbər 2 aprel mitinqi ilə bağlı başlanan cinayət işinin istintaqına şahid qismində ifadə verməsi üçün aprelin 27-i saat 15:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdı.
Anar Gəraylı

Oxşar yazılar

“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53