Azərbaycan və Litva arasında davamlı əməkdaşlıq memorandumu
Lent.az-ın məlumatına görə, nümayəndə heyəti aprelin 27-də Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Baş Prokurorluqda qonaqlarla görüş keçirilib. Baş prokuror Zakir Qaralov Azərbaycanda son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, yeni informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması barədə qonaqlara geniş məlumat verib.
Görüşdə ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə Litva Respublikasının Xüsusi İstintaq Xidməti arasında Davamlı Əməkdaşlıq haqqında" Memorandum imzalanıb.
Səfər çərçivəsində litvalı qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti ilə ətraflı tanış olub. İdarə rəisi Kamran Əliyev qonaqlara idarənin fəaliyyəti barədə məlumat verib.

Oxşar yazılar

“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53