Ümid Partiyası imtahan keçirir
Aprelin 30-da Ümid Partiyasının qərargahında partiyanın Dairə Seçki Komissiyalarında təmsil olunmaq üçün namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçiriləcək. Bu barədə Lent.az-a partiya funksioneri Razi Abasbəyli məlumat verib.
“Şənbə günü qanunvericiliklə bizə düşən dairələr üzrə namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçiriləcək. İmtahanın nəticələrindən asılı olaraq, həmin namizədlər Rəyasət Heyəti qarşısında müsahibəyə dəvət ediləcək və yalnız bundan sonra həmin nümayəndələrin DSK-lara göndərilməsi ilə bağlı qərar veriləcək. İmtahan partiyanın Rəyasət Heyətinin qərarı ilə yaradılan komissiya tərəfindən keçiriləcək. Hazırlanmış suallar partiya və seçki prosesi, eyni zamanda seçki qanunvericiliyi ilə bağlı olacaq” - deyə R.Abasbəyli bildirib.
Partiya funksioneri bildirib ki, bu imtahanın keçirilməsində əsas məqsəd dairələrə göndərilən nümayəndələrin partiyaya bağlılığı, siyasi kursu layiqincə təmsil etmələri, o cümlədən də bu günə qədər partiya üçün gördükləri işləri təftiş etmək və bundan sonra partiyanın nümayəndəsi kimi seçki komissiyalarında təmsilçilikdə layiqli ola bilməsini əsaslandırmasını müəyyənləşdirməkdir. İmtahan və ikinci mərhələ kimi müsahibələr növbəti mərhələdə yerlərdə də həyata keçiriləcək: “Dairə Seçki Komissiyalarından sonra məntəqə seçki komissiyalarına veriləcək namizədlərlə də imtahan və müsahibələr keçiriləcək. Yalnız bu prosedurlardan keçən şəxslərin məntəqələrdə təmsil olunması məsələsi barədə partiyanın ali orqanı qərar verəcək” - deyə Ümid funksioneri bildirib.

Oxşar yazılar

“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53