Deputatlarımız Almaniyaya gedirlər
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Eldar Quliyev, parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov mayın 2-də Berlinə səfər edəcəklər. Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyətinin üzvləri Almaniyanın Qidalanma, kənd təsərrüfatı və istehlakçıların hüquqlarının qorunması üzrə Federal Nazirliyində, Alman Kooperasiya və Rayffayzen Konfederasiyasında bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdən məqsəd əsası orta əsrlərdə qoyulmuş Avropa kooperativ hərəkatının öncüllərindən olan Almaniyanın bu sahədəki təcrübəsini öyrənmək, ölkənin kooperasiya sisteminin qanunvericilik bazası ilə yaxından tanış olmaqdır. Səfər zamanı deputatlarımız Almaniyanın Saksoniya əyalətində olacaq, buradakı kənd təsərrüfatı kooperativlərinin əldə etdikləri nailiyyətlərlə maraqlanacaqlar. Nümayəndə heyətinin üzvləri Leypsiq şəhərində keçiriləcək “AGRA-2011” sərgisini də ziyarət edəcəklər.
Səfər mayın 8-də başa çatacaq.

Oxşar yazılar

ATƏT-dən dünənki razılaşmaların icrasına MÜNASİBƏT
9 avqust 2025 , 15:19
Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi - Vüsalə Mahirqızı yazır
9 avqust 2025 , 14:49
“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03