Mətbuat Şurası 3 mayı qeyd etdi - FOTO
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu günü əhəmiyyətindən, onun yaranma tarixindən və qeyd olunma ənənəsindən geniş şəkildə danışıb. Ə. Amaşov Beynəlxalq Mətbuat Gününün Azərbaycanda da qeyd edilməsinin əhəmiyyətindən danışıb və bütün mətbuat işçilərinin bayramını təbrik etdi.
Daha sonra çıxış edən UNESCO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva 3 may Beynəlxalq Mətbuat Günü ilə bağlı BMT və UNESCO-nun birgə bəyanatını oxuyub. Ə.Amaşov qeyd edib ki, BMT və UNESCO-nun bəyanatı da onu göstərir ki, artıq dünya ölkələri yeni media alətlərini də ciddiyə alır və bu sahənin önəmini qabardırlar.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da öz çıxışında 3 may gününün bütün dünya ölkələrində geniş şəkildə qeyd edildiyini bildirib. O, son 10 ildə dünya ölkələri üzrə 788 jurnalist öldürüldüyünü söyləyərək, bunun kifayət qədər böyük rəqəm olduğunu deyib. U.Rəhimoğlu jurnalistlərin ən çox öldürüldüyü ölkələrin İraq, Honduras, Meksika və s. kimi ölkələr olduğunu söyləyib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli isə bu illər ərzində fondun gördüyü işlərdən danışaraq, qeyd edib ki, 2009 və 2010-cu illərdə mətbuata yardım kimi, uyğun olaraq, 1,5 və 2 milyon manat pul ayrılıb. Bu il isə fondun büdcəsinin 2,4 mln. manat olduğunu bəyan edən V.Səfərli təkcə ötən il yazı müsabiqələrində iştirak qalib gələn 150 jurnalistə 1000 manat məbləğində pul verildiyini söyləyib.
Tədbirdə KİV rəhbərlərindən Elçin Şıxlı, Hikmət Babaoğlu, Aydın Quliyev, Yunus Oğuz, Elçin Mirzəbəyli və digərləri çıxış edərək, mətbuat işçilərini bayram münasibətilə təbrik ediblər.
Anar

Oxşar yazılar

"Ağ Evin açarı” kimlərə təqdim olunub? -FOTOLENT
10 avqust 2025 , 11:26
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
9 avqust 2025 , 22:40
ATƏT-dən dünənki razılaşmaların icrasına MÜNASİBƏT
9 avqust 2025 , 15:19
Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi - Vüsalə Mahirqızı yazır
9 avqust 2025 , 14:49
“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55