“29 aprel qərarı ciddi səhvdir”
Müsavat Partiyasının Bakı, Sumqayıt şəhər, Abşeron və ərazisi işğal olunmuş rayon təşkilatları sədrlərinin Şurası İctimai Palatanın Koordinasiya Şurasına müraciət edib.
APA-ya daxil olan müraciətdə İctimai Palatanın növbəti sessiyasının çağırılması və sessiyanın toplantısında mayın 15-nə mitinq təyin olunması barədə qərarın verilməsi xahiş edilib. “Biz hesab edirik ki, belə bir məqamda İctimai Palata təkcə bəyanatlarla deyil, həm də dinc etiraz tədbirlərini davam etdirməlidir. İctimai Palatanın 29 aprel 2011-ci il tarixli sessiyasının mitinqlərin davam etdirilməsi barədə qərarını dəstəkləməklə yanaşı, hesab edirik ki, həmin sənəddə növbəti etiraz tədbirinin gününün təyin olunmaması qeyri-müəyyənliyə, cəmiyyətdə və müxalifət düşərgəsində demokratik dəyişikliklərə inamın azalmasına səbəb olub. Bu isə demokratik düşərgənin siyasi maraqları baxımından ciddi səhvdir” - deyə, müraciətdə qeyd edilib.
Qeyd edək ki, Müsavat Partiyasının Bakı, Sumqayıt şəhər, Abşeron və ərazisi işğal olunmuş rayon təşkilatları Sədrləri Şurasının toplantısı bu gün Müsavat partiyasının mərkəzi qərargahında olub.

Oxşar yazılar

"Ağ Evin açarı” kimlərə təqdim olunub? -FOTOLENT
10 avqust 2025 , 11:26
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
9 avqust 2025 , 22:40
ATƏT-dən dünənki razılaşmaların icrasına MÜNASİBƏT
9 avqust 2025 , 15:19
Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi - Vüsalə Mahirqızı yazır
9 avqust 2025 , 14:49
“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55