Brayza: “Robert Bradtke mənə irəliləyiş olduğunu dedi”
APA-nın səfiri müşayiət edən müxbirinin məlumatına görə, M. Brayza Daşkəsəndə ABŞ Sülh Korpusunun fəaliyyəti ilə tanış olub, İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə görüşüb. Ə. Abiyev M. Brayzanın təcrübəli diplomat olduğunu, Azərbaycan xalqının ona yaxşı münasibət bəslədiyini açıqlayıb. Səfirə Daşkəsənin sosial-iqtisadi inkişafı, dağ-mədən sənayesinin vəziyyəti barədə məlumat verilib. Səfir daha sonra Daşkəsəndəki Heydər Əliyev Muzeyində olub.
Jurnalistlərə açıqlamasında M. Brayza Azərbaycanın bölgələrinə səfərindən, təbiət mənzərələrindən təsirləndiyini deyib.
Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi haqda danışan səfir ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər iki tərəfi qane edən, ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək prinsiplərinin əks olunduğu sənəd hazırlamaq istiqamətində səylərini davam etdirdiklərini bildirib. M. Brayza Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqların faydasızlığı barədə fikirlərlə razı olmadığını açıqlayıb. Diplomatın sözlərinə görə, Minsk Qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke sonuncu dəfə ona danışıqlar prosesində irəliləyiş olduğunu deyib: “Bu irəliləyişin xüsusilə baza prinsiplərinin razılaşdırılması istiqamətində olduğu qeyd edildi”.
M. Brayza Daşkəsəndən Gəncəyə yola düşüb. Bununla, onun Azərbaycan bölgələrinə səfəri başa çatacaq.

Oxşar yazılar

"Ağ Evin açarı” kimlərə təqdim olunub? -FOTOLENT
10 avqust 2025 , 11:26
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
9 avqust 2025 , 22:40
ATƏT-dən dünənki razılaşmaların icrasına MÜNASİBƏT
9 avqust 2025 , 15:19
Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi - Vüsalə Mahirqızı yazır
9 avqust 2025 , 14:49
“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55