“Parlament müxalifət deputat qrupu” yaradıldı
APA-nın məlumatına görə, görüşdə VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak edib.
BQP sədri Fazil Mustafa APA-ya açıqlamasında görüş barədə məlumatı təsdiqləyib. O, görüşdə parlament müxalifət qrupunun formalaşdırılması və işinin aktivləşdirilməsi ilə bağlı müzakirələr aparıldığını bildirib: “Müzakirələrdə parlamentdə müxalifətin rolunun artırılması, daha aktiv fəaliyyət göstərmək, islahatlarla bağlı sənədlərin birgə hazırlanaraq hakimiyyətə təqdim olunması istiqamətində müzakirələr aparıldı”.
Müzakirələrin yekunu olaraq “Parlament müxalifət deputat qrupu” təsis olunub.
F. Mustafa parlamentdə təmsil olunan bir sıra müxalifət partiyalarının təmsilçilərinə də yeni yaradılan təsisatda iştirak üçün müraciət ediləcəyini bildirib: “Qəbul edirlər, etsinlər, etməsələr, fəaliyyətimizi bu formatda davam etdirəcəyik”.
Müraciət Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəyə və VHP sədrinin müavini Fəzail İbrahimliyə ediləcək. Ümid Partiyasının sədri İqbal Ağazadəyə isə analoji qayda müraciət olunmayacaq.

Oxşar yazılar

"Ağ Evin açarı” kimlərə təqdim olunub? -FOTOLENT
10 avqust 2025 , 11:26
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
9 avqust 2025 , 22:40
ATƏT-dən dünənki razılaşmaların icrasına MÜNASİBƏT
9 avqust 2025 , 15:19
Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi - Vüsalə Mahirqızı yazır
9 avqust 2025 , 14:49
“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55