
“Hərbi xidmətə çağırışla bağlı sənədlərin monitorinqi aparılır”
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin birinci vitrse-spikeri Ziyafət Əsgərov verib. O bildirib ki, Prezident Administrasiyasında, Milli Məclisdə, Müdafiə Nazirliyində bununla bağlı ekspertlər işləyir və həmin sənədlər hazır olan kimi bu sənədlər parlamentin plenar iclasına çıxarılacaq: “Həddindən artıq böyük iş olacaq. Çünki işin həcmi çox böyükdür. Bilirsiniz ki, bizim hərbi qanunvericiliyimiz aktlarının bir hissəsi 1995-ci ilin Konstitusiyasına qədər hazırlanıb. Müəyyən dövr ərzində əlavə və dəyişikliklər edilib. Lakin Azərbaycanın hazırkı inkişafını və eyni zamanda Silahlı Qüvvələrin inkişafını nəzərə alaraq bəzi hallarda hüquqi baza məsələsi öz sözünü deməlidir. Ona görə çalışırıq ki, bu işi qısa zamanda yekunlaşdıraq. Bu addım Silahlı Qüvvələrimizin qanunvericilik bazasını daha da möhkəmləndirəcək”.
Oxşar yazılar

Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54
ABŞ-ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olundu -VİDEO
12 avqust 2025 , 10:51
Bakı və İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT ölkələrinə müraciət göndərdi
11 avqust 2025 , 19:22
Azərbaycan və Ermənistan sərhədə başqa ölkənin qüvvələrini yerləşdirməyəcək
11 avqust 2025 , 17:26
Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
11 avqust 2025 , 17:23