“Xankəndidəki aeroport məsələsi beynəlxalq qanunvericilik çərçivəsində həll olunmalıdır”
0
0
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. N. Məmmədov qeyd edib ki, ölkələr arasında bu cür münasibətləri tənzimləyən bir konvensiya var: “Yəni bunları tənzimləyən qanunlar var. Ermənistan tərəfi bu qanunları pozmaq üçün addımlar atır. Amma əvvəl axır bu məsələ qanun çərçivəsində həll edilməlidir”.
0
0