“Azərbaycanın fövqəladə transformasiyası”
Azərbaycanın ABŞ-dakı səfirliyi Heydər Əliyevin doğum gününün 88-ci ildönümü münasibətilə mayın 10-da “Discovery Science” kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələri”nə həsr olunmuş “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajının rəsmi təqdimat mərasimini keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təqdimatda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və dünya birliyində özünə layiq yer tutması üçün Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışıb.
Yaşar Əliyev Heydər Əliyevin Azərbaycanın daha da güclənməsinə və müasir dövlət kimi inkişaf etməsinə dair arzularının bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkliyə çevrildiyini söyləyib, “Discovery Science” kanalı kimi nüfuzlu bir KİV-in bu inkişafı işıqlandırmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Reportajın aparıcısı və prodüseri Daniel Forster müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın parlaq gələcəyə yönəlmiş səylərindən, ölkədə aparılan quruculuq işlərindən çox mütəəssir olduğunu dilə gətirib, Heydər Əliyev Mədəniyyət Mərkəzinin və “Atəş Qüllələr”inin unikal səciyyə daşıdığını qeyd edib.
Sonra reportaj nümayiş etdirilib. Reportaj səfirlik tərəfindən DVD şəklində çoxaldılaraq tədbir iştirakçıları arasında paylanıb. Tədbir iştirakçıları Heydər Əliyevin ABŞ-a səfərlərinə həsr olunmuş foto-sərgi ilə də tanış olublar.
Təqdimat mərasimində ABŞ Dövlət Departamenti, Müdafiə və Enerji nazirliklərinin əməkdaşları, alim və ekspertlər, KİV nümayəndələri, iş adamları, Azərbaycan diasporunun üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.

Oxşar yazılar

Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54
ABŞ-ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olundu -VİDEO
12 avqust 2025 , 10:51
Bakı və İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT ölkələrinə müraciət göndərdi
11 avqust 2025 , 19:22
Azərbaycan və Ermənistan sərhədə başqa ölkənin qüvvələrini yerləşdirməyəcək
11 avqust 2025 , 17:26
Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
11 avqust 2025 , 17:23