Fərid Şahbazlı: “Gənclərlə bağlı Dövlət Proqramı aparılan uğurlu siyasətin davamıdır”
Bunu Lent.az-a açıqlamasında “Gənc Liderlər” Gənclər Təşkilatının sədri Fərid Şahbazlı söyləyib. Fərid Şahbazlı deyib ki, gəncliyinin və ictimaiyyətinin müzakirəsinə verilməsi, proqramın təkliflər üçün açıq elan edilməsi çox mühümdür. Onun sözlərinə görə, ölkəmizdə sistemli və məqsədyönlü dövlət gənclər siyasəti həyata keçirildiyi üçün belə bir Dövlət Proqramının gündəmə gəlməsi gözlənilən idi: “Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər İli”, 2009-cu ilin “Uşaq İli” elan olunması bu siyasətin tərkib hissələri idi. Bu baxımdan hesab edirəm ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gənclərin bütün istiqamətlər üzrə tələblərinə adekvat olacaq”.
Fərid Şahbazlı eyni zamanda, bəzi mətbu orqanlar və sosial şəbəkələrdə müxalif düşüncəli gənclərin dövlət proqramından kənarda saxlanılması ilə bağlı iddialara da münasibət bildirib: “Şəxsən mən belə halın şahidi olmamışam. İştirak etdiyim müzakirələrdə müxalif düşüncəli gənclər də iştirak edərək fikirlərini çatdırıb, təkliflərini veriblər. Güman etmirəm ki, belə bir problem var. Bütün hallarda bu məsələlərdə hər-hansı ayrı seçkiliyə yol vermək doğru deyil. Dövlət başçısının ortaya qoyduğu iradə də bundan ibarətdir”.

Oxşar yazılar

Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54