Avropa Parlamentindən Azərbaycanla bağlı qətnamə
Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasının bugünkü plenar iclasında qurumun daxili nizamnaməsinin 122-ci bəndinin 5-ci paraqrafına uyğun olaraq Parlamentin Avropa Xalq Partiyası deputatları başda olmaqla, 5 siyasi qrup adından ümumi qətnaməyə təkliflər paketi müzakirə olunub.
APA-nın Avropa bürosunun məlumatına görə, gündəliyə Şri-Lanka, Belarus və Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti məsələləri daxil edilib. Müzakirələrdə əsasən Azərbaycanda demokratiya, insan hüquqları, mətbuat azadlığı, eləcə də Azərbaycanla Avropa ittifaqı, Avropa Parlamenti, Avropa Şurası və digər Avropa institutları arasındakı münasibətlər kimi məsələlər qaldırılıb.
Qəbul olunan qətnamədə Azərbaycanın Aİ-nın qonşuluq siyasəti, “Şərq tərəfdaşlığı” proqramlarında fəal iştirak etdiyi, “Euronest” təşkilatının təsisçi ölkələrindən biri olduğu və Aİ-nın bu təşəbbüslərinin təməlini təşkil edən demokratiya, insan hüquqları və qanunun aliliyi kimi fundamental dəyərləri qəbul etməsi haqda öhdəliklər götürdüyü qeyd olunub. Bundan başqa 15 iyul 2010-cu ildən etibarən Aİ ilə Azərbaycan arasında ümumi öhdəliklər və dəyərlər üzərində qurulmuş, siyasi dialoq, ədalət, azadlıq və təhlükəsizlik kimi geniş sahələri əhatə edən, o cümlədən ticarət sahəsində əməkdaşlığı nəzərdə tutan assosiativ sazişi üzrə danışıqların getdiyi vurğulanır.
Sənəddə ötən il Azərbaycanda keçirilən seçkilərə də toxunulub. Ölkədə demokratiyanın inkişaf etdirilməsi üçün bu seçkilərin hələ də tam şəkildə ürəkaçan olmadığı bildirilsə də, seçkilərin sakit bir şəraitdə keçirilməsi və bütün siyasi partiyaların prosesdə iştirakı müsbət qiymətləndirilib. Eyni zamanda bugünkü müzakirələrdə Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması Avropa Parlamentinin deputatları tərəfindən müsbət qiymətləndirilib.
Bununla belə sənəddə Azərbaycanda son dövrlər mitinqlərdə kütləvi həbslərin baş verməsi tənqid olunur, sərbəst toplaşmaq hüququnun bütün demokratik cəmiyyətlər üçün əsas amillərdən biri olduğu qeyd edilir.
Azərbaycanda söz azadlığının mövcud durumu ilə bağlı məsələnin müzakirəsinə gəldikdə, bu məsələ ətrafında çıxış edən Avropa Parlamentinin üzvləri Azərbaycanda siyasi azadlıqlar sahəsində irəliləyişlərin olduğunu bildirsələr də, Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığını qeyd edib və Azərbaycan hökumətini bu istiqamətdə müsbət addımlar atmağa çağırıblar.

Oxşar yazılar

Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54