“Dalğa” Gənclər Hərəkatı təkliflərini açıqladı
“Dalğa” Gənclər Hərəkatından Lent.az-a verilən məlumata görə, “Dalğa” Gənclər Hərəkatı təhsil sistemində Boloniya prosesinin tətbiqinin sürətləndirilməsini, bunun üçün xüsusi dövlət komissiyasının və ictimai monitorinq qrupunun yaradılmasını təklif edib.
İkinci təklif gənclər üçün nəzərdə tutulan ipoteka proqramının şərtlərinin gənclərin sosial vəziyyətlərinə uyğunlaşdırılması ilə bağlıdır. “Dalğa” Gənclər Hərəkatı dövlətlə gənclər arasında dialoqun inkişafı üçün Gənclərin Müzakirə Mərkəzinin yaradılmasını və problemlərin real həlli üçün Mərkəzin hazırladığı təkliflərin dərhal reallaşması mexanizmin təsbit olunmasını da zəruri sayır.
Sonuncu təklif isə region gənclərinin inkişafı üçün paytaxt gənclərindən ibarət “Könüllü İntellektuallar” qruplarının yaradılmasını əks etdirir. Təklifə görə, qrup üzvləri müxtəlif sahələr üzrə ixtisaslaşmış könüllü gənclərdən ibarət olacaq və ən azı 1 ay olmaqla, seçilmiş regionda yaşayacaq, həmin regionun gənclərinə müasir texnologiyanı və inkişaf metodologiyasını aşılayacaqlar.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30