Ermənistanın müdafiə naziri Azərbaycanı hədələdi
“Bu gün Cənubi Qafqazda vəziyyət qeyri-stabildir, potensial partlayış təhlükəsi var”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrəvanda “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Cənubi Qafqaz: regionda sülh və təhlükəsizlik perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, Ermənistan öz sərhədlərində stabilliyin möhkəmləndirilməsində maraqlıdır: “Hər şeydən əvvəl Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamasını önə çəkmək istəyirəm. Biz birmənalı şəkildə problemin sülh yolu ilə həllinə tərəfdarıq və erməni tərəfinin bu mövqeyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərimiz tərəfindən anlayışla qarşılanacağına ümid edirik”.
Seyran Ohanyan Azərbaycanı üzv olduğu hərbi blokun imkanları ilə hədələyib: “Azərbaycan Dağlıq Qarabağa qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə biz təcavüzkarı öz niyyətindən imtinaya məcbur etmək üçün tam şəkildə bu prosesə cəlb olunacağıq. Çünki Ermənistan Dağlıq Qarabağ əhalisinin fiziki təhlükəsizliyinin qarantıdır. 1994-cü ildə biz bu məsələni müstəqil şəkildə həll etdik. Bu gün Ermənistanın KTMT-yə üzv olduğunu nəzərə alsaq müvafiq reaksiyaya və qurum tərkibindəki müttəfiqlərimizin dəstəyinə ümid etməyə haqqımız var. Çünki birincisi KTMT üzvlərinin bir-biri qarşısında öhdəliyi, ikincisi, mümkün təcavüzə qarşı reaksiya vermək üçün konkret imkanları var”.
“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət Azərbaycanın militarist ritorikası sayəsində son dərəcə gərginləşib”. Bu fikirləri isə KTMT-nin baş katibi Nikolat Bordyuja söyləyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması KTMT-nin prinsipial mövqeyidir: “Bu təhlükə ocağının qalması praktiki olaraq istənilən an hərbi münaqişənin başlamasına səbəb ola bilər”.
Nikolay Bordyuja bildirib ki, region ölkələri arasında münasibətlərin səviyyəsindən asılı olmayaraq hər hansı ölkənin təcrid vəziyyətinə salınması yolverilməzdir: “Bu fakt KTMT-nin bir sıra sənədlərində, və son bir il ərzində bizin xarici işlər nazirlərimizin bəyanatlarında öz əksini tapıb. Bu cür yanaşmanın səbəbi aydındır – təcrid vəziyyəti bərabər səviyyəli təhlükəsizlik prinsipini pozur, müxtəlif səviyyəli təhlükəsizlik zonalarının və ölkələrinin yaranmasına səbəb olur. Bu kontekstdə Tiflisin mövqeyi narahatlıq doğurur. Söhbət regiondankənar faktorların cəlb olunması ilə hərbi hazırlıqlardan gedir”.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30