Böyük Britaniya parlamentariləri cəbhəyanı bölgədə
Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya Parlamentinin bir qrup üzvü Ağdam rayonun cəbhəyanı yaşayış məntəqələrinə səfər ediblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətindəki görüşdə qonaqlara cəbhə bölgəsindəki mövcud vəziyyət haqda, ermənilərin dinc sakinlərə atəş açması barədə məlumatlar verilib. Daha sonra britaniyalı parlamentarilər cəbhə xəttinə yaxın kənddə yerli sakinlərlə görüşüblər.
Britaniyalı deputat Mark Field bildirib ki, Azərbaycana 5 günlük səfərləri çərçivəsində cəbhə bölgəsinə gəlib, hər şeyi özləri görmək istəyiblər: “Biz burada, Azərbaycanın çox gözəl məkanında insanların qaldırdığı haqlı və ədalətli problemləri dinlədik. İstəyirik ki, bu 20 illik münaqişə həllini tapsın, insanların, xüsusilə uşaqların firavan və xoşbəxt gələcəkləri olsun.”
Öz anasının da 15 yaşlarında iki dəfə qaçqınlıq həyatı yaşadığını, qaçqınlığın insanlara vurduğu mənəvi zərbənin mahiyyətini yaxşı bildiyini deyən ingiltərəli deputat insanların dinc qonşuluq şəraitində yaşamasını arzuladığını ifadə edib. Anasının 80 yaşında öz doğma yurd-yuvasını görmədən həyatdan köçməsinin indi də onu ağrıtdığını deyən parlamentari bildirib ki, Azərbaycanda gördüklərini, eşitdiklərini Böyük Britaniya ictimaiyyətinə olduğu kimi çatdıracaq.
Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, lord Con Kuluni isə deyib ki, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlarla yaxından tanışdır: “Mən ilk dəfə azərbaycanlılar qaçqın-köçkün düşəndə burda olmuşam. O vaxtlar insanların üzləşdiyi çətinliklərin şahidiyəm. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm. Britaniya parlamentində dəfələrlə Azərbaycanın lehinə çıxışlar etmişəm.”
Ölkəsində ermənilərin çox az dəstəyə malik olduğunu deyən lord Kuluni soyqırım məsələsində də Böyük Britaniyanın türklərin yanında olduğunu, ermənilərin bu iddialarının ölkəsi tərəfindən dəstəklənmədiyini söyləyib.
Qarabağ münaqişəsinin həllində İngiltərənin mövqeyinə gəlincə, britaniyalı diplomat belə deyib: “Biz belə düşünürük ki, Ermənistan bu münaqişənin həlli üçün cəhdlərini artırmağı başa düşməlidir. Ermənilər başa düşməlidirlər ki, Qarabağ münaqişəsinin həlli onlar üçün həm də böyük iqtisadi məsələlərin həlli deməkdir, ermənilər özlərini bundan məhrum edirlər”.

Oxşar yazılar
Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47