Qənirə Paşayeva İsraildə görüşlər keçirib
01 iyun 2011 11:40 (UTC +04:00)

Qənirə Paşayeva İsraildə görüşlər keçirib

Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkili, Azərbaycanın AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva da iştirak edib. Konfrans çərçivəsində Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili, Kamerunun Qadın və Ailələrin müdafiəsi naziri Abena Ondoa Nee Mari Terez, Efiopiyanın Ailə, Uşaq və Gənclər məsələləri naziri Zenebu Tadesse, Bolqarıstan parlamentinin deputatı Meqlena Pluqtsçieva-Aleksandrova ilə görüşən Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarında qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı söhbət açıb.


O, Ermənistan Silahlı Qüvvələrinin 8 mart beynəlxalq qadınlar bayramı günündə Ağdam rayonunun 9 yaşlı sakini, ananın tək övladı olan Fariz Bədəlovun snayperlərlə hədəfə alınaraq qətlə yetirməsi kimi insanlıqdan kənar addımları barədə də ətraflı məlumatlar verib. Q.Paşayeva deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdır. Millət vəkili onlara Azərbaycan həqiqətlərinə dair çoxlu sayda materiallar, kitablar və sənədli filmlər də təqdim edib.

Qeyd edək ki, beynəlxalq konfrans 3 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar