Elmar Məmmədyarov: “Moskva görüşündə irəliləyişlər əldə olunub”
13 iyun 2011 12:56 (UTC +04:00)

Elmar Məmmədyarov: “Moskva görüşündə irəliləyişlər əldə olunub”

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada iyunun 11-də keçirilmiş görüşündə üç saata yaxın müzakirələr aparılıb. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi brifinqdə bildirib. Nazir ətraflı müzakirələrin aparıldığını vurğulayıb, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan Moskva danışıqlarda irəliləyişin əldə olunduğunu bildirib: “Amma bəzi məqamlar hələ də açıq qalır. Biz prezidentlərə görüşün nəticələri barədə məruzə edəcəyik. Dövlət başçıları Dağlıq Qarabağ problemi ilə bağlı Kazanda danışıqları davam etdirəcəklər”.

Nazirin sözlərinə görə, artıq intensiv danışıqlar imkan yaradıb ki, sülh sazişi üzərində müzakirələr davam etdirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar