Avropa Məhkəməsindən MÜHARİBƏ QƏRARI: Kimin xeyrinə oldu?
30 sentyabr 2020 12:47 (UTC +04:00)

Avropa Məhkəməsindən MÜHARİBƏ QƏRARI: Kimin xeyrinə oldu?

0

Avropa Məhkəməsi bu gün 39-cu qayda üzrə (təcili tədbirlər) Ermənistan Respublikasının müharibənin dayandırılması, mülki tələfatların olmaması ilə bağlı ərizəsi üzrə (iş №42521/20 saylı) qərarını elan etdi.

Hamını maraqlandıran məsələ təbii ki, qərarda Azərbaycan tərəfinin haqlarının qorunub-qorunmamasıdır. Hüquqşünas Şamil Paşayev Lent.az-a bildirib ki, məhkəmə hərbi müdaxilənin və müharibənin taleyinə qarışmayıb:

“Məhkəmə hərbi müdaxilənin, müharibənin taleyinə qarışmadı. Yalnız Konvensiyanın 2 və 3-cü maddələrinin tələbinin müharibə dövründə də qüvvədə olmasını bildirilir. Qərara əsasən hər iki tərəf - Ermənistan və Azərbaycan tərəfindən mülki əhalinin yaşamaq və işgəncə, pis rəftara məruz qalmama hüququnun pozulmaması üçün mülki əhalini hədəf alan hərbi tədbirlərdən çəkinməyə çağırıb. Ermənilər nə qədər müharibədə tərəf kimi qondarma Arsax Respublikasını göstərməyə çalışsalar da, məhkəmə yenə də digər qərarlarında olduğu kimi, bunu nəzərə almayıb. Tərəf kimi Ermənistan Respublikasını tanıyır.

Məhkəmə tərəflərdən mülki əhalinin hədəf alınmaması ilə bağlı tədbirlər barədə məlumat tələb edib. Ermənilərin kifayət qədər dinc, mülki əhalini (müharibə iştirakçısı olmayan) hədəf almasına dair hərəkətləri, faktlar var. Bununla bağlı bizim üzərimizə düşən düzgün sənədləşməni hazırlayıb, dünya ictimaiyyətinə və məhkəməyə təqdim etməyimizdir.

Bundan başqa, nəzərə almaq lazımdır ki, AİHM-nin yurisdiksiyası altında olan Azərbaycan və Ermənistan üçün məhkəmənin bu sahədə tətbiq etdiyi yanaşma beynəlxalq humanitar hüququn əhəmiyyətini azaltmır. Məhkəmə istər daxili (İsayeva v.Rusiya, Ergi v. Türkiyə), istərsə beynəlxalq hərbi konfliktlərdə (Varnava və başqaları v. Türkiyəyə qarşı) ölkələrin hərbi əməliyyatlarına beynəlxalq humanitar hüquq qaydalarını insan hüquqları ilə birgə tətbiq edir. Avropa Konvensiyanın 15-ci maddəsinə görə də dövlətlər müharibə zamanı Konvensiyanın bəzi müddəalarından geri çəkilirlər, ancaq bu beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə beynəlxalq humanitar hüquqa zidd olmamalıdır. Bundan başqa, AİHM mülki əhalinin öldürülməsi konvensiyanın 2-ci (yaşamaq hüququ) 3-cü (işgəncələrin qadağan olunması) maddələrinin pozulması kimi də qiymətləndirilir.

 Tanrı bizə yar olsun, ordumuz müzəffər olsun!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 873

Oxşar yazılar