Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLENT
28 noyabr 2020 12:06 (UTC +04:00)

Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLENT

0

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.

APA-nın yerli bürosunun xəbərinə görə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini məlumatlandırıb.

O bildirib ki, ermənilər Tərtər rayonuna 16 mindən çox top və raket mərmisi atıb.

İcra başçısı qeyd edib ki, top və raket mərmiləri 4 000-dən çox evə düşüb, evlərin əksəriyyəti tamamilə dağılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1446

Oxşar yazılar