ABŞ Suriya prezidentini məhv etməyi  planlaşdırıb - İDDİA
18 may 2025 19:50 (UTC +04:00)

ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA

ABŞ Suriya lideri Əhməd əl-Şaranı fiziki olaraq aradan qaldırmaq imkanını nəzərdən keçirsə də, bundan imtina edib. 

ABŞ prezidenti Donald Tramp və Suriya lideri Əhməd əl-Şara arasında baş tutacaq son görüşdən əvvəl İordaniya kralı II Abdullah ABŞ administrasiyasını Suriyanın yeni başçısının aradan qaldırılması ideyasından əl çəkməyə çağırıb. Bunu Senatda dinləmələr zamanı demokrat senator Cin Şahin deyib.

Şahin sözlərinə görə, Kral Abdullah Tramp administrasiyası daxilində əl-Şaranın fiziki olaraq yox edilməsi ehtimalını potensial bir ssenari kimi gündəmə gətirən müzakirələrdən ciddi narahatlığını ifadə edib və belə bir hərəkətin regionda geniş yayılmış sabitliyin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Senator Şahin Vaşinqtonda İordaniya lideri ilə görüşünə işarə edərək deyib: "Kral Abdulla bizə dedi ki, rəhbərlikdə belə bir dəyişiklik Suriyada genişmiqyaslı vətəndaş müharibəsinə səbəb ola bilər. Bu, ölkəni irəli aparmaq üçün istənilən fürsəti təhlükə altına qoya bilər".

Bundan dərhal sonra prezident Tramp ABŞ-ın Suriyaya qarşı 1979-cu ildən tətbiq etdiyi sanksiyaları ləğv edib və Ər-Riyadda əl-Şara ilə görüşüb, bu, hətta öz administrasiyasının bəzi yüksək səviyyəli üzvlərini də təəccübləndirib. Qərar Vaşinqtonda bir çox fərziyyələrə səbəb olub. “Middle East Eye”nin xəbər verdiyi kimi, Dövlət Departamentinin diplomatları Trampın çıxışından bir neçə gün əvvəl sanksiyaların qüvvədə qalacağına əmin olublar.

Mənbələrin bildirdiyinə görə, Milli təhlükəsizlik şurasının bəzi əməkdaşları Suriya tərəfdən konkret öhdəliklər götürmək ümidi ilə məhdudiyyətlərin aradan qaldırılmasını təxirə salmağa çalışıblar. Daxili fikir ayrılıqlarına baxmayaraq, hökumətin yüksək vəzifəlisi Ceyms Reybern Senatda dinləmələr zamanı Trampın təşəbbüsünü dəstəklədiyini bildirib.

"Prezident bizə yeni səhifə açmağa imkan verən cəsarətli addım atır. Onun aydın gözləntiləri var", - o deyib.

Bu arada senator Kris Merfi Ağ ev rəhbərinin qərarına administrasiya daxilində müqavimətin olduğunu qeyd edib və ayrı-ayrı məmurların təşəbbüsü pozmaq cəhdləri barədə xəbərdarlıq edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar