“ATV”yə  uşaqlara görə   XƏBƏRDARLIQ
05 oktyabr 2022 18:48 (UTC +04:00)

“ATV”yə uşaqlara görə XƏBƏRDARLIQ

Azərbaycanın Audiovizual Şurası “ATV” və “MTV” kanallarına xəbərdarlıq edib.

Şuradan Lent.az-a verilən məlumata görə, şuranın oktyabrın 5-də onlayn formatda iclasında “ATV” və “MTV” kanallarının efirində baş vermiş qanun pozuntuları müzakirə olunub. 

Əvvəlcə ümumölkə yerüstü televiziya yayımçısı olan “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının “ATV” redaksiyasının (kanalının) efirində oktyabrın 4-də “Media haqqında” qanunun 14.1.15-ci maddəsinin tələbinin (“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulan tələblərə əməl edilməlidir) pozulması faktı müzakirə olunub.

“ATV” redaksiyasının (kanalının) efirində oktyabrın 4-də saat 13.10 -13.50 arası yayımlanan “Çukur” serialında saat 13.16-da zorakılıq səhnəsi (insana xüsusi alətlə fiziki zorakılıq tətbiq edilərək xəsarət yetirilməsi və həmin insanın iztirab çəkməsi səhnələri) açıq nümayiş etdirilmişdir. Bu isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 4.3.1-ci maddəsinin tələbinə (müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan zorakılığı və qəddarlığı nümayiş edən informasiya) ziddir.

Sonra peyk yayımı həyata keçirən platforma yayımçısı olan “Muz TV Azərbaycan” MMC-nin “MTV” redaksiyasının (kanalının) efirində oktyabrın 3-də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun 4.2.1-ci maddəsinin tələbinin (zorakılığı və qəddarlığı təbliğ edən informasiya) pozulması faktı müzakirə olunub.

“MTV” redaksiyasının (kanalının) efirində oktyabrın 3-də saat 13.10–16.00 arası yayımlanan “Ümid ilə gəl” proqramında xanım müəllimlə aparıcı Tarix Əliyev (Tolik) arasında müəllimin şagirdləri döyməsi ilə bağlı dialoq olub və həmin dialoq zamanı aparıcı tərəfindən bu cür davranışlar təqdirlə qarşılanıb. Bu fakt “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun 4.2.1-ci maddəsinə əsasən zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya aiddir. Həmin qanunun 9.2.2-ci maddəsinə əsasən 4.2-ci və 4.3.4-cü maddələrində nəzərdə tutulan, müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yerli vaxtla saat 6-dan saat 23-dək yayımına məhdudiyyət qoyulur. “Media haqqında” qanunun 14.1.15-ci maddəsinə əsasən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.

Aparılan müzakirələrdən sonra Azərbaycanın Audiovizual Şurası qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçısı “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasına (“ATV” redaksiyası) və peyk yayımı həyata keçirən platforma yayımçısı “Muz TV Azərbaycan” MMC-ə (“MTV” redaksiyası) belə halların təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

# 2526
avatar

Oxşar yazılar

Ermənilər Xocavəndi atəşə tutdular

Ermənilər Xocavəndi atəşə tutdular

3 dekabr 2022 , 18:50
Azərbaycan İrana nota verdi

Azərbaycan İrana nota verdi

3 dekabr 2022 , 18:28
İran jurnalistləri ən çox həbs edən 3 ölkədən biridir

İran jurnalistləri ən çox həbs edən 3 ölkədən biridir

2 dekabr 2022 , 15:05
Saakaşvilidə  10 xəstəlik   aşkarlandı və…

Saakaşvilidə 10 xəstəlik aşkarlandı və…

1 dekabr 2022 , 12:39
Ermənistanın sentyabr döyüşlərində  233 hərbçisi məhv edilib   – SON STATİSTİKA

Ermənistanın sentyabr döyüşlərində 233 hərbçisi məhv edilib – SON STATİSTİKA

30 noyabr 2022 , 22:38
Ermənilər Kəlbəcəri  atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

30 noyabr 2022 , 20:35
Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

30 noyabr 2022 , 17:07
İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi - SƏRƏNCAM

İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi - SƏRƏNCAM

30 noyabr 2022 , 16:45