Bakıda yürüş: LGBT bayrağı qaldırdılar, polisə qarşı şüar dedilər və dağılışdılar - FOTO
14 may 2022 16:30 (UTC +04:00)

Bakıda yürüş: LGBT bayrağı qaldırdılar, polisə qarşı şüar dedilər və dağılışdılar - FOTO

Bu gün “Fəvvarələr meydanı”nda bir qrup siyasi fəal yürüş keçirib.

Lent.az ın məlumatına görə, yürüşdə bir qrup ictimai-siyasi fəal, qadın aktivistlər, LGBT üzvləri  iştirak ediblər.

Milli Şuranın bir neçə funksioneri aksiyada olsalar da, əsas fəallığı gənc aktivistlər ediblər.

Qeyd etmək yerinə düşər ki, aksiya sosial şəbəkələrdə, həmçinin bir neçə internet  tv-də, o cümlədən " Amerikanın səsi" və "Azadlıq" radiolarında bir həftə boyunca geniş təbliğ olunub. 

Buna baxmayaraq, aksiyada sosial mediada tanınmış  tənqidçi dairədən başqa iştirakçı gözə dəyməyib. Yəni, aksiyada olanlar hamısı bir-birini yaxşı tanıyan adamlar idilər.

Bəzi aktivistlərin isə aksiyaya  jurnalist gödəkcələri ilə qatıldıqlarını müşahidə etmək mümkün idi. 

Aksiya dinc şəraitdə keçib. Polis mühafizəsi ilə yürüş qarşıdurma baş vermədən başa çatıb.

İştirakçılar "Adam olun, polis olmayın", Polislər cinayətkar, kor, laldırlar" kimi şüarlar qaldırsalar da, polis yürüş iştirakçılarına etik davranıb, aksiyanın gedişinə müdaxilə etməyib.

Yürüşdə LGBT bayraqları qaldırılması da diqqət çəkib. Eyni zamanda LGBT üzvlərini təhqir edən “Petuxlar mafiya sistemə qarşı” kimi şüarlar da qaldılıb.

 Aksiyanın sonunda qadın aktivist Gülnarə Mehdiyeva yürüşün bəyanatını oxuyub. Bəyanatda dövlət qurumları Tofiq Yaqublu, Bəxtiyar Hacıyev, Əvəz Hafizli və jurnalist Aytən Məmmədova ilə bağlı işlərə ədalətli araşdırma aparıb, tədbir görməyə çağırılıb.

Bundan sonra aksiya iştirakçıları özləri yürüşün başa çatdığını bildirib və dağılışıblar.

# 6852
avatar

Oxşar yazılar