Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq.
Lent.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar təbrikində deyib.
“Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq, sülh olacaq”, - Paşinyan qeyd edib.
Paşinyan vurğulayıb ki, bütün Cənubi Qafqazın sülhsevər gələcəyinə töhfə vermək imkanı var. Onun sözlərinə görə, ölkələr arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir.