“Ermənistanın torpaqlarında gözümüz yoxdur”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Akdeniz Universitetində Şərqi Aralıq Dənizi ilə bağlı keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.
Ədalətli bölgünün tərəfdarı olduqlarını vurğulayan Türkiyə XİN başçısının sözlərinə görə, normallaşma prosesi Ermənistan xalqı üçün də faydalı olacaq.