"Hörümçək toru"  əməliyyatından sonra Kreml nəyi gizlədir?  – Detallar AÇIQLANIR
04 iyun 2025 12:34 (UTC +04:00)

"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR

Rusiyanın nüvə bombardmançılarına hücum Kremldə çaşqınlıq yaradıb.

Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın strateji bombardmançılarının yerləşdiyi hava bazalarına hücumu Kreml üçün ciddi həyəcan siqnalına çevrilib.

Lent.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi Rusiya hökumət dairələrinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, kod adı “Hörümçək toru” olan əməliyyat, cəbhə xəttindən uzaqda keçirilməsinə baxmayaraq, Rusiyanın nüvə təyyarələri donanmasının zəifliyini nümayiş etdirib. Hərbi təyyarələrlə bağlı itkilər Moskvanın müharibədəki ümumi kursunu dəyişdirməsə də, Putinin yaxın çevrəsinin çaşqınlığa düçar olduğu deyilir.

Mənbələr hesab edir ki, Rusiyanın sərəncamında məhdud sayda uzaqmənzilli bombardmançı təyyarələri olsa belə, Ukraynaya raket zərbələri endirmək imkanları hələ də saxlanılır. Bununla belə, Ukrayna ilə sərhəddən uzaq ərazilərdəki hava bazalarına zərbə Rusiya ordusunun bütün hava komponenti üçün real problem yaradacaq.

Bundan əlavə, nəşr vurğulayır ki, Rusiya döyüş aviasiyasının zəifləməsi yalnız indi Rusiya iqtisadiyyatının militarizasiyası fonunda hava hücumundan müdafiə sistemlərinin istehsalındakı geriliyi aradan qaldırmağa çalışan Avropa ölkələri üçün müsbət amildir.

Hərbi ekspert Bill Vitinqtonun fikrincə, strateji təyyarələrə dəyən ziyan NATO və onun müttəfiqləri üçün təhlükə səviyyəsini azaldır. Onun sözlərinə görə, bu zərbə Ukraynanın Qərb alyansının təhlükəsizliyinə mühüm töhfəsi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar