MDB-nin təhlükəsizlik orqanları Düşənbədə TOPLAŞDI
16 may 2025 17:44 (UTC +04:00)

MDB-nin təhlükəsizlik orqanları Düşənbədə TOPLAŞDI

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilmişdir.

Mayın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində təşkil olunmuş MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 56-cı iclasında iştirak etmişdir.

Tədbirdən əvvəl Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon MDB ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmiş, sonra iclas öz işinə başlamışdır.

MDB məkanında beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa, dini ekstremizm və radikalizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin aparılmasının, habelə region ölkələrinin üzləşdiyi xarici təhdidlərin vaxtında zərərsizləşdirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin aparılmasının vacibliyi iclasın əsas müzakirə mövzusu olmuşdur. Qeyd olunmuşdur ki, göstərilən istiqamətlərdə MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması üçün bundan sonra da bütün imkanlar səfərbər edilməli, qurumların qüvvə və vasitələrindən təhlükəsizliyə mənfi təsir göstərən halların aradan qadırılması yönündə daima səmərəli istifadə olunmalıdır.

Tədbir ərzində MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılmışdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar