Rubio Trampın gecə zəngləri barədə danışıb və ABŞ prezidentinin vacib görüşlər zamanı yuxuya gedib-getməməsi ilə bağlı sualı cavablandırıb.
ABŞ prezidenti Donald Tramp işgüzar məsələlərlə bağlı tabeliyində olanlara gecə saat 2:00-da və ya hətta səhər saat 5:00-da zəng edə bilər.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Marko Rubio bunu Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin iclasında bildirib.
Konqresmen Ted Lyu, sosial mediada ABŞ prezidentinin yuxuladığını göstərən videolara istinad edərək Rubiodan Donald Trampın vacib görüşlər zamanı yuxuya gedib-getmədiyini soruşub.
"Bu yalandır. Mən onu heç vaxt yatmış görməmişəm. Əksinə, o (Tramp – red.) yatmır, bu da böyük problemdir, çünki o, mənə gecə saat ikidə, səhər saat beşdə zəng edir. Və bilirsiniz, mən bir az yatmağı sevirəm", - Rubio cavab verib.
Buna cavab olaraq senator Rubionun çıxışı zamanı Trampın yatdığı videonu göstərməyi xahiş edib.
Dövlət katibi özü görüntüləri görəndə qəzəblənib.
"Buna necə cavab verəcəyimi belə bilmirəm, sadəcə sizə bunun absurd və cəfəngiyat olduğunu deyim. Amerika üçün bu vacib dövrdə Xarici İşlər Komitəsinin iclasında hələ də yalan danışdığımıza inana bilmirəm", - Rubio deyib.
O, ABŞ-ın əslində koqnitiv pozğunluğu olan bir prezidentinin olduğunu iddia edərək, Baydenə işarə edib:
"Sizi əmin edirəm ki, bu, yatmış və ya hansısa koqnitiv pozğunluqdan əziyyət çəkən bir prezident deyil... Əslində, o, inanılmaz dərəcədə aktivdir, bir çox hallarda ətrafındakılardan, özündən daha gənc olanlardan daha aktivdir. Bunlar faktlardır".
Rubio əlavə edib ki, Tramp fasiləsiz işləyir və çox az yatır. "Mən onunla gecə-gündüz bütün saatlarda danışıram. O, qeyri-insani sürətlə işləyir", - dövlət katibi vurğulayıb.